ABŞ və İsrail kibertəhlükəsizlik üzrə birgə işçi qrupu yaradır

ABŞ və İsrail kibertəhlükəsizlik üzrə birgə işçi qrupu yaradır
  15 Noyabr 2021    Oxunub:1030
ABŞ və İsrail zərərverici proqramlara qarşı mübarizədə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo İsraildə bu dövlətin maliyyə nazirliyinin rəhbəri Aviqdor Liberman ilə, həmçinin bu ölkədə kibertəhlükəsizlik məsələlərinə cavabdeh olan xidmətin rəhbərləri ilə görüşüb.

Tərəflər ən mühüm maliyyə infrastrukturunun və yeni texnologiyaların qorunması üzrə tərəfdaşlığa başlamaq, həmçinin şantajçı proqram təminatının ölkələr və dünya iqtisadiyyatı üçün doğurduğu təhlükəyə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Qeyd olunur ki, ABŞ-ın əleyhdarları tərəfindən rəqəmsal valyutalardan istifadənin genişlənməsi və müvafiq surətdə dollardan istifadənin azalması ilə əlaqədar, casus-proqramlar istehsal edənlər barəsində sanksiyalar siyasətinə daha genişmiqyaslı yanaşmalar tətbiq edilməlidir.

AzVision.az



Teqlər: ABŞ   İsrail  





Xəbər lenti