“Neft və qaz uzun müddət istifadə ediləcək” - BP-nin rəhbəri

   “Neft və qaz uzun müddət istifadə ediləcək” -    BP-nin rəhbəri
  15 Noyabr 2021    Oxunub:703
“Neft və qaz uzun müddət qlobal enerji sistemi tərəfindən istifadə ediləcək”.

AzVision.az xəbər verir ki, bunu BP neft korporasiyasının rəhbəri Bernard Luni CNBC telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, ənənəvi enerji mənbələrinə kimin necə baxmasından və bərpa olunan mənbələrlə bağlı hansı planların olmasından asılı olmayaraq, qlobal enerji təchizatında karbohidrogenlərin rolu hələ uzun illər qalacaq.
“Neft və qazın onilliklər ərzində enerji sistemində qalacağını söyləmək qeyri-populyar ola bilər, lakin bu, reallıqdır”.

O qeyd edib ki, BP atmosferə zərərli emissiyalar nəticəsində yaranan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə fəal iştirak edir, lakin bu, neft və qazın enerji təchizatında əhəmiyyətini azaltmır və yaxın illərdə azalma gözlənilməməlidir.

Bernard Luni həmçinin qeyd edib ki, zərərli emissiyaların azaldılmasında məqsəd, xüsusən, enerji daşıyıcısı kimi kömürdən istifadəni qazla əvəz etməkdir ki, onun tullantıları müvafiq texnologiyaların inkişafı ilə ekoloji cəhətdən təmiz ola bilər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Neft  



Xəbər lenti