BƏƏ Rusiyanın “Checkmate” qırıcısı ilə maraqlanır

BƏƏ Rusiyanın “Checkmate” qırıcısı ilə maraqlanır
  15 Noyabr 2021    Oxunub:753
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndələri Rusiyanın yeni təkmühərrikli “Checkmate” qırıcısı ilə maraqlanır və onu daha ətraflı öyrənmək niyyətindədirlər.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə “Rostec” dövlət korporasiyasının rəhbəri Serqey Çemezov “Dubai Airshow 2021” beynəlxalq aviaşousu zamanı bildirib.

“Təyyarəni özünüz gördünüz. Çox gözəl, yaxşı təyyarədir. Artıq Birləşmiş Ərəb Əmirlikləri maraqlıdır, ona daha ətraflı baxmaq və onu müzakirə etmək istəyirlər”, - Çemezov deyib.

O, görüşləri planlaşdırılan digər ölkələrdən də tələbin olacağına əmin olduğunu bildirib: “Bizim digərlərindən əhəmiyyətli üstünlüyümüz var. Birincisi, bu təyyarə açıq konfiqurasiyaya malikdir: biz baza təklif edirik ki, onu müştərinin istədiyi silahla təchiz edə bilərik”.

AzVision.az


Teqlər: BƏƏ  





Xəbər lenti