Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib

   Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib
  16 Noyabr 2021    Oxunub:1925
Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.
AzVision.az xəbər verir ki, aktyor noyabrın 16-da 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Qubanın İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun II Nügədi kəndində 9 uşaqlı ailədə anadan olub. 10 illik orta məktəbi bu kənddə bitirən aktyor 1961-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Allah rəhmət eləsin!

AzVision.az



Teqlər: Məcnun-Hacıbəyov  





Xəbər lenti