Haftar prezident seçkilərində iştirak üçün müraciət edib

Haftar prezident seçkilərində iştirak üçün müraciət edib
  16 Noyabr 2021    Oxunub:616
Liviya Milli Ordusunun baş komandanı Xəlifə Haftar ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
AzVision.az xəbər verir ki, o, namizədliyinin qeydə alınması üçün sənədlərini təqdim edib.

Fevralın əvvəlində Cenevrədə BMT-nin himayəsi ilə Liviya üzrə Siyasi Dialoq Forumu keçirilib. Forumda dekabrın 24-nə təyin edilmiş ümumi seçkilərə qədər ölkəyə rəhbərlik edəcək keçid hökuməti seçilmişdi.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Liviya  



Xəbər lenti