Təxribat törədən erməni hərbçilər tərksilah edilib

   Təxribat törədən erməni hərbçilər tərksilah edilib
  16 Noyabr 2021    Oxunub:2839
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib.

Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

AzVision.az


Teqlər: Ermənistan   Sərhəd  





Xəbər lenti