Polşa hərbçiləri miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib

Polşa hərbçiləri miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib
  16 Noyabr 2021    Oxunub:1206
Polşa-Belarus sərhədində gərginlik davam edir. Miqrantlar bu gün hasarları dağıtmağa cəhd ediblər və Polşa təhlükəsizlik qüvvələrinin əməkdaşlarına daş atmağa başlayıblar.
AzVision.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, qarşı tərəf gözyaşardıcı qaz, səs qumbarası və su şırnaqları ilə cavab verib.

Xatırladaq ki, yay aylarından ba.layaraq Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədində Yaxın Şərq və Afrikadan qərbi Avropaya keçməyə çalışan qaçqınların axını artıb. Son günlər isə vəziyyət daha da gərginləşib. Qaçqınlar düşərgə qurub və Polşa sərhəddini keçməyə çalışırlar.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Polşa   Belarus  



Xəbər lenti