Erməni polkovnikin rüşvət cəbhəsində qələbələri

 Erməni polkovnikin rüşvət cəbhəsində qələbələri
  16 Noyabr 2021    Oxunub:1559
Hərbi vəziyyət zamanı digər şəxslərlə əlbir şəkildə sui-istifadə hallarına yol verən Ermənistan ordusunun yüksək vəzifəli zabitinin cinayət işi üzrə ilkin istintaq yekunlaşıb. Bu barədə Ermənistanın təhlükəsizlik xidmətinin mətbuat xidməti məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda Q.D. kimi təqdim olunan erməni polkovnikin böyük və xüsusi böyük (təxminən 17 min ABŞ dolları) miqdarda aldığı rüşvət qarşılığında hakimiyyətindən və tutduğu vəzifədən sui-istifadə edərək, çağırışçıları ön cəbhəyə göndərmədiyi, onları daha müfafiq saydıqları hissələrə göndərdiyi və çağırışçıların xidmət yerlərini özbaşına tərk etməsinə şəratit yaratdığı bildirilir. Onun habelə bir əməkdaşa Müdafiə nazirliyində seçdiyi işə keşməyə kömək etdiyi də qeyd olunur. Bu əməllər nəticəsində hərbi hissələrin fəaliyyəti, müharibə vəziyyətində çağırışın təşkili və hərbi hissələrin şəxsi heyətlə təminatı pozulub.

Polkovnikin xidməti işlər üzrə ötən ilin oktyabr-noyabr aylarında Zəngəzur vilayətinin Gorus rayonunda olarkən “Qazprom Ermənistan” QSC-yə məxsus təxminən 7700 dollarlıq “UAZ” markalı avtomobili oğurladığı bildirilir. Bu cinayət əməlləri üzrə ümumilikdə 22 nəfər ittiham olunan şəxs kimi istintaqa cəlb edilib.

Bu məhz həmin vaxt idi ki, Azərbaycan vətəndaşları könüllü qaydada Vətən uğrunda savaşa getmək üçün hərbi çağırış məntəqələrinin qarşısında növbəyə dayanırdılar. Ermənistan hakimiyyətinin zorla ölümə göndərdiyi insanlar isə erməni silahlı qüvvələrinin yüksək rütbəli zabitlərinə böyük miqdarda rüşvət vermək hesabına qanlı döyüşlərdən canlarını qurtarmağa çalışırdılar.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Müharibə   Ermənistan  





Xəbər lenti