Putin Paşinyanla sərhəd gərginliyini müzakirə edib

 Putin Paşinyanla sərhəd gərginliyini müzakirə edib
  16 Noyabr 2021    Oxunub:1075
Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, tərəflər Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
- Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonrakı vəziyyəti müzakirə ediblər. Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb, - Kremlin yaydığı məlumatda deyilir.

AzVision.az



Teqlər: Paşinyan   Putin  





Xəbər lenti