BMT-dən sərhəd təxribatına reaksiya: "Əvvəlki eskalasiyaya qayıtmaq istəmirik"

 BMT-dən sərhəd təxribatına reaksiya:  "Əvvəlki eskalasiyaya qayıtmaq istəmirik"
  16 Noyabr 2021    Oxunub:747
"BMT Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, ziddiyyətləri sülh yolu ilə həll etməyə çağırır".
AzVision.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak məlumat verib.

"Hazırda müəyyən informasiyalar alırıq. Şübhəsiz ki, son hadisələrlə bağlı xəbərləri narahatlıqla izləyirik. Bu məlumatları yoxlamalıyıq", - Haq brifinqdə deyib.

"Hələlik biz tərəfləri təmkinli olmağa, 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlara uyğun hərəkət etməyə, bütün müvafiq narahatlıqları sülh yolu ilə həll etməyə çağırırıq. Əvvəllər müşahidə etdiyimiz eskalasiyaya qayıtmaq istəmirik".

AzVision.az


Teqlər: BMT   Sərhəd  



Xəbər lenti