Misir portalı Ermənistanın hərbi təxribatından yazdı
Bildirilib ki, Azərbaycan Ordusu qarşı tərəfin hərəkətini məhdudlaşdırıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.
Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, erməni hərbi qulluqçuları qorxu və təşviş içində mövqelərini tərk edib, düşmənin şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.
Ermənistan silahlı qüvvələrinin sərhədboyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
AzVision.az
Teqlər: Misir







Vaxtında, Aydın, Lazımlı!


