Blinken Ermənistan və Azərbaycana çağırış edib

   Blinken Ermənistan və Azərbaycana çağırış edib
  17 Noyabr 2021    Oxunub:1196
ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanı gərginliyi azaltmaq və gələcək eskalasiyadan yayınmaq üçün təcili tədbirlər görməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə dövlət katibinin bəyanatında deyilir.

“ABŞ Ermənistan və Azərbaycan arasında aktiv hərbi əməliyyatlar barədə məlumatlardan dərin narahatlıq keçirir. Biz, hər iki tərəfi gərginliyin daha da artmasının qarşısını almaq üçün dərhal konkret tədbirlər görməyə çağırırıq. Biz, həmçinin tərəfləri sərhədlərin demarkasiyası da daxil olmaqla bütün mövcud problemlərin həlli üçün birbaşa və konstruktiv şəkildə işləməyə çağırırıq", - Blinken vurğulayıb.

Qeyd edib ki, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri sərhəddə növbəti təxribat törədib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Entoni-Binken  



Xəbər lenti