Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
  17 Noyabr 2021    Oxunub:1011
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, söhbət zamanı Türkiyə-Ukrayna münasibətlərinin inkişafı müzakirə edilib.

“Prezidentlər telefon danışığı zamanı Türkiyə-Ukrayna münasibətlərinin inkişafı məsələlərini və regional problemləri müzakirə edib”, - Türkiyə mətbuatı yazıb.

Öz növbəsində Zelenski tvitter hesabında bununla bağlı paylaşım edib: "Ukrayna-Türkiyə tərəfdaşlığı dərinləşir. Ölkələrimizin silahlı qüvvələri güclənir. Gözlənilən Azad Ticarət Müqaviləsi iqtisadi inkişafa töhfə verəcək. Türkiyə Prezidenti ilə bu barədə telefonla danışığım oldu. Strateji Şuranın illik görüşündə Türkiyə Prezidenti ilə Kiyevdə görüşməyi səbirsizliklə gözləyirəm".

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ukrayna   Türkiyə  





Xəbər lenti