Ermənistanın hakimiyyət qurumlarının statistika oyunları
Ölənlər və yaralananlar barədə nazirlik heç bir məlumat verməyib. Maraqlıdır ki, bundan bir qədər əvvəl Paşinyanlar ailəsinə məxsus olan “Aykakan jamanak” qəzeti 10 ermən hərbçinin öldüyünü yazmışdı. Bu gün səhər saatlarında yeni açıqlama yayan Ermənistanın müdafiə nazirliyi dəqiq 1 erməni hərbçisinin öldüyünü, 13-nün əsir düşdüyünü, 24-nün isə taleyinin məlum olmadığını bildirib.
Ermənistan mətbuatında yayılan məlumatlarda isə erməni ordusunun 20-dək canlı qüvvəsi məhv edilib, 40-dan artıq hərbi qulluqçusu yaralanıb.
Erməni mediası itkilər barədə açıqlama verənlərin sərhəddə oğullarının və ya qardaşalrının olmadığına görə, əsgərlərin qohumlarını və onların hisslərini başa düşmədiklərini vurğulayır, heç olmasa dövlət üçün belə çətin vaxtlarda onları məsuliyyətli davranmağa çağırır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan itkilər







Vaxtında, Aydın, Lazımlı!


