Ermənistanda virusdan ölənlərin sayı 7153 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 7153 nəfərə çatıb
  17 Noyabr 2021    Oxunub :203
Ermənistanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 982 yeni yoluxma faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19-a yoluxanların ümumi sayı 330 895 nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 46 nəfər ölüb. Bununla da ölənlərin sayı 7153-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1394 nəfərdir. Aktiv xəstələrin sayı 23 856 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Ermənistan   Virus  







Xəbər lenti