"Ermənistanın dağıtdığı dəmiryol şəbəkəsini bərpa edirik" - XİN rəhbəri

   "Ermənistanın dağıtdığı dəmiryol şəbəkəsini bərpa edirik" -    XİN rəhbəri
  17 Noyabr 2021    Oxunub:1632
"Azərbaycan Qarabağ münaqişəsi dövründə Ermənistanın dağıtdığı dəmiryol şəbəkəsinin bərpa olunması üçün işlər görür". AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Brüssel Mətbuat Klubunda Aİ-Azərbaycan münasibətləri ilə bağlı panel müzakirələrdə deyib.
Nazir bildirib ki, Azərbaycan Ermənistanın da bu şəbəkəyə daxil ola bilməsi üçün öz razılığını verib: "Dəmiryol şəbəkəsinin inşası Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əlaqələrin qurulmasında rol oynayacaq, eyni zamanda, Asiya ilə Avropa arasındakı “Şərq-Qərb” dəhlizi üçün də faydalı olacaq", - nazir vurğulayıb.

C.Bayramov bildirib ki, bu layihədən təkcə müəyyən ölkələr deyil, həm də bütün region dövlətləri faydalanacaq: "Azərbaycan Cənubi Qafqazda əməkdaşlığın genişlənməsinə töhfə vermək niyyətindədir. Təəssüf ki, bu məsələdə Ermənistandan dəqiq cavab ala bilməmişik. Qeyd etmək lazımdır ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupundan da bəzi müsbət siqnallar əldə olunur. Yaxın gələcəkdə layihələrin tətbiqi ilə bağlı və konkret nəticələr əldə etmək üçün Ermənistanın həqiqi addımlar atmasına ümid edirik”.

AzVision.az


Teqlər: Ceyhun-Bayramov  



Xəbər lenti