Dünyanın ən iri kino bazarları

Dünyanın ən iri kino bazarları
  30 Mart 2014    Oxunub:1385
AzVision.az Azərtac-a istinadən verdiyi xəbərə görə,Çin reytinq cədvəlində birinci yeri tutmuşdur. Kino tarixində ilk dəfə kinoprokat bir ölkənin ərazisində 3 milyard dolları ötüb.
Çinin boks-ofisi artım sürətinə görə bütün ölkələri qabaqlayıb.
Beləliklə, Asiya-Sakit okean regionu kassa yığımına görə də EMEA qrupu ölkələrini (bu qrupa Avropa, Yaxın Şərq və Afrika ölkələri daxildir) geridə qoyub.

Bu siyahıda ikinci yerdə Yaponiya gəlir. 2013-cü ildə onun boks-ofisi 2,4 milyard dollar təşkil edib. Yaponiyanın ardınca Böyük Britaniya (1,7 milyard), Fransa (1,6 milyard dollar), Hindistan (1,5 milyard), Şimali Koreya (1,4 milyard) və Rusiya gəlirlər.


Ümumdünya kinoprokat kassası bir il ərzində 4 faiz artaraq 35, 9 milyard dollar təşkil edib Həmin vəsaitin 10,9 milyard dolları ABŞ və Kanadanın, qalan 25 milyard dolları dünya bazarlarının payına düşür.


Teqlər:





Xəbər lenti