XİN rəhbəri sülhün əldə olunmasının əsas şərtini açıqlayıb

   XİN rəhbəri sülhün əldə olunmasının əsas şərtini açıqlayıb
  17 Noyabr 2021    Oxunub:711
“Üçtərəfli bəyanatda yer alan bir çox müddəanın icra olunmasına baxmayaraq, bəzi məsələlər öz həllini gözləyir. Amma biz həllini gözləyən problemlərə də pozitiv və konstruktiv yanaşırıq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agnetliyinə deyib.

Nazirin sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır: “Azərbaycan Prezidenti də iki ölkə arasında sülh və münasibətlərin normallaşmasına dair açıqlamalar verib. Sülhün əldə olunmasının ən önəmli şərti beynəlxalq hüquqa uyğun şəkildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır".

XİN rəhbəri üçtərəfli bəyanata uyğun olaraq nəqliyyat dəhlizləri ilə bağlı müzakirələrin davam etdiyini vurğulayıb: “Bu məsələdə hələlik konkret bir proses yoxdur. Ümid edirik ki, Ermənistan tərəfi də bunu ən qısa müddətdə başa düşəcək. Ortaq bəyanata imza atan Ermənistan bu maddələri icra etməkdə məsuliyyət daşıyır. Bu bəyanat sadəcə Azərbaycanla Ermənistanı maraqlandıran bir məsələ deyil. Bütün bölgə ölkələrini maraqlandıran və onların maraqlarına uyğun bir prosesdir. Biz bu məsələdə arxayınıq. Münasibətlərin inkişafı, normallaşması Ermənistan hökumətinin və xalqının xeyrinədir”.

AzVision.az


Teqlər: Ceyhun-Bayramov  





Xəbər lenti