Rusiya Monteneqrodan İsmayılovla bağlı sığınacaq qərarının ləğvini istəyir
"Mətbuatda dərc olunan məlumatlara görə, Monteneqronun Daxili İşlər Nazirliyi 22.10.2021-ci il tarixdə Telman İsmailova sığınacaq verilməsi barədə qərar qəbul edib. Bu qərarın ləğvi üçün Monteneqronun səlahiyyətli orqanlarına müraciət göndərilib”, - açıqlamada bildirilir.
Qeyd edək ki, Azərbaycan əsilli iş adamı T.İsmayılov Monteneqroda siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılıb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Telman-İsmayılov







Vaxtında, Aydın, Lazımlı!


