Ermənistanın müdafiə nazirliyi saxtakarlıqda ittiham olunur

   Ermənistanın müdafiə nazirliyi saxtakarlıqda ittiham olunur
  17 Noyabr 2021    Oxunub:1220
Azərbaycan-Ermənistan sərhəddinin Laçın-Kəlbəcər istiqamətində İrəvanın təxribatları nəticəsində baş verən hərbi toqquşmalarda erməni tərəfin itkiləri barədə Ermənistanın müdafiə nazirliyinin məlumatlarına erməni cəmiyyəti inanmır.
AzVision.az “Politik.am” saytının redaktoru, jurnalist və şərqşünas Boris Murazi özünün “Facebook” səhifəsində Ermənistanın müdafiə nazirliyinin rəsmi məlumatlarının ölənlərin real sayı ilə üst-üstə düşmədiyini yazıb.



- Müdafiə nazirliyi yazıb ki, bizdən bir nəfər ölüb. Parlamentin bugünkü iclasında isə ölənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması təklif edilib. Onlar bizi heyvan yerinə qoymaqda davam edilrər, - Boris Murazi bildirib.
Sosial şəbəkənin erməni seqmentinin fəal istifadəçiləri də onlarla erməni əsgərinin öldüyünü vurğulayırlar.



Erməni KİV-ləri habelə hərbi polisin dünənki döyüşlər zonasına girişi bağladığını, oraya yalnız ölənlərin cəsədlərini və yaralıları çıxaran təcili yardım maşınlarının buraxıldığını yazırlar.
Rəsmi məlumata inamsızlığın səbəbi Ermənistanın müdafiə nazirliyinin guya bir erməni hərbçisinin öldüyü, 13-nün əsr düşdüyü və 24-nün isə taleyinin məlum olmadığı barədə verdiyi sərsəm açıqlamadır. İkinci Qarabağ müharibəsində Ermənistan hakimiyyətinin itkilər barədə saysız-hesabsız yalanları da erməni cəmiyyətinə böyük dərs olub.

Sahil İsgəndərov


AzVision.az


Teqlər: Ermənistan   saxtakarlıq  



Xəbər lenti