Rudenko və Aİ rəsmisi sərhəddəki gərginliyi müzakirə ediblər

 Rudenko və Aİ rəsmisi sərhəddəki gərginliyi müzakirə ediblər
  17 Noyabr 2021    Oxunub:1660
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar telefon danışığında Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasını müzakirə ediblər. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində gərginlik müzakirə edildi. Silahlı toqquşmalarla bağlı narahatlıq ifadə olundu. Bakı və İrəvanın təmkin nümayiş etdirməsi, bütün problemlərin məhz siyasi və diplomatik üsullarla həll edilməsinin vacibliyi vurğulandı", - açıqlamada vuröulanıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Rusiya   Avropa-İttifaqı  



Xəbər lenti