Rusiya Ermənistan və Azərbaycana çağırış etdi

 Rusiya Ermənistan və Azərbaycana çağırış etdi
  17 Noyabr 2021    Oxunub:1061
"Moskva Ermənistan və Azərbaycanı təmkinli olmağa, üçtərəfli razılaşmalara əməl etməyə çağırır".
AzVision.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Həqiqətən də Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların bərpası ciddi narahatlığa səbəb oldu. Lakin Rusiya tərəfinin vasitəçilik səyləri nəticəsində münaqişə tərəflərini təmkinli olmağa çağırmaq mümkün oldu. Rusiya tərəfi bunu davam etdirəcək. Biz hələ də ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir", - Peskov vurğulayıb.

Onun sözlərinə görə, bütün ölkələr ilk növbədə götürdükləri öhdəliklərə əməl etməlidir və bu, belə insidentlərin yenidən baş verməməsinin zəmanəti olacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Kreml   Sərhəd   Gərginlik  





Xəbər lenti