Rusiya XİN -dən sərhədlərlə bağlı çağırış

 Rusiya XİN -dən sərhədlərlə bağlı çağırış
  17 Noyabr 2021    Oxunub:1126
"Rusiya Ermənistan - Azərbaycan sərhədlərinin delimitasiyası prosesinə tez bir zamanda başlanmasını vacib sayır".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyasi və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının, eləcə də daha əvvəl Rusiyanın təklifləri əsasında təqdim edilmiş müvafiq birgə komissiyanın işə başlamasının vacibliyini təsdiqləyir".

Onun sözlərinə görə, Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün həm Azərbaycan, həm də Ermənistanla təmasdadır.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, çərşənbə axşamı Rusiya prezidenti Ermənistanın baş naziri ilə telefonla danışıb. Rusiya müdafiə naziri Sergey Şoyqu isə Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlar aparıb.

“Bu vasitəçilik səyləri nəticəsində dünən axşamdan etibarən döyüşlər və qarşıdurmalar dayanıb. Gərginliyi azaltmaq üçün birgə iş davam edir”, - Zaxarova bildirib.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya  





Xəbər lenti