Gürcüstan Prezidenti: "Saakaşvilinin şərəf və ləyaqəti qorunmalıdır"
O qeyd edib ki, qanun qarşısında hamı bərabərdir və keçmiş prezidentin həbsi qanunun aliliyi prinsiplərinə əsaslanıb. Lakin onun zorakılığa məruz qalması yolverilməzdir. Hazırkı hakimiyyət Saakaşvilinin yaratdığı "Vahid Milli Hərəkat" Partiyasının iqtidarı dövründəki hakimiyyətə bənzəməməlidir.
“Mixeil Saakaşvili xüsusi məhbusdur. Cəmiyyət və beynəlxalq ictimaiyyət ona qarşı ən yüksək standartların tətbiqini tələb edir. Keçmiş prezidentin şərəf və ləyaqəti onun davranışına baxmayaraq, qorunmalıdır. Saakaşvili hər necə olsa da dövlətlə bağlıdır və bu statusa hörmət edilməlidir. Buna müvafiq olaraq, onun şərəf və ləyaqətini ləkələyən kadrların yayılması qətiyyən yolverilməzdir”, - Zurabişvili deyib.
Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və noyabrın 8-də Qldani həbsxanasının klinikasına yerləşdirilib.
Gürcüstan Xüsusi Penitensiar Xidmətinin yaydığı videokadrlarda M.Saakaşvilinin xəstəxanaya zor gücünə daxil edilməsi əks olunub.
AzVision.az
Teqlər: Gürcüstan







Vaxtında, Aydın, Lazımlı!


