“Ermənistanda revanşistlərin gəcələyi yoxdur” - Aleksandr Perenciyev (Eksklüziv)

   “Ermənistanda revanşistlərin gəcələyi yoxdur” -    Aleksandr Perenciyev (Eksklüziv)
  17 Noyabr 2021    Oxunub:1631
“Ermənistandakı revanşist qüvvələr münasibətləri qızışdırmaqda maraqlıdırlar. Onların təxribatları əksinə, rəsmi Bakı və İrəvanı Rusiyanın vasitəçiliyi ilə öz aralarında sərhəd xətti yaratmağa və Sərhəd Müqaviləsi imzalamağa sövq edəcək. Sonrakı perspektivdə isə sülh müqaviləsi bağlanacaq”.
Bu sözləri AzVision.az -a açıqlamasında Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, hərbi politoloq Aleksandr Perenciyev deyib. Onun fikrincə, revanşistlər Cənubi Qafqazın iki qonşu dövləti arasında münasibətlərin tənzimlənməsi üzrə danışıqlar prosesini nə qədər pozmağa çalışacaqlarsa, rəsmi Moskvada bu prosesi öz məntiqi sonluğana çatdırmaq üçün bir o qədər motivasiya yaranacaq.
“Qarabağda sabitliyi pozan üçüncü qüvvələr var” – Ukraynalı politoloq (müsahibə)

- Ermənistanda revanşist qüvvələr nə qədər istəsələr də, hakimiyyətə qayıtmağı bacarmayacaqlar. Nifaq salmaq və həmvətənlərin şüuruna təsir etmək bir şeydir, özü döyüşə getmək başqa şey. Bunların arasında böyük fərq var. Ermənistan vətəndaşları, xüsusən də gənclər öz ölkələrinə aid olmayan ərazilər uğrunda ölmək istəmirlər. Onlar bunu yaxşı bilirlər. Ermənistanda bir çox gənclər təkcə rus dilində deyil, ingilis, fransız və digər Avropa dillərində yazılmış mətnləri oxuyurlar. Ona görə də yaxşı başa düşürlər ki, bütün dünya ictimaiyyəti, o cümlədən Fransa Dağlıq Qarabağ ərazisini Azərbaycan ərazisi kimi tanıyır.

Perinceyevin fikrincə, vəziyyət yaxşılaşmaya doğru gedəcək: “2021-ci ilin yanvarında Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılaşması zamanı regionda vəziyyətin sabitləşməsi üçün qurulan iqtisadi mexanizmlər artıq müsbət nəticələr verməlidir. İqtisadi mexanizmlər siyasi və digər mexanizmlərdən daha güclüdürlər”.

Samir Vəliyev
Nadir Quliyev

AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti