Muradov bir erməni hərbçinin cəsədini İrəvana gətirdi - YENİLƏNİB

 Muradov bir erməni hərbçinin cəsədini İrəvana gətirdi  -  YENİLƏNİB
  17 Noyabr 2021    Oxunub:4106
Rusiyanın Cənub hərbi dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov bu gün axşam saatlarında Bakıdan İrəvana gəlib. AzVision.azxəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Bildirilib ki, Muradov Azərbaycanın verdiyi bir erməni hərbçinin meyitini qarşı tərərəfə təhvil verib. Təyyarədə erməni əsirlər olmayıb.
**
Rusiyanın Cənub hərbi dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana yola düşüb. AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Qeyd olunub ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur.

General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.

AzVision.az



Teqlər: Rüstəm-Muradov  



Xəbər lenti