Patruşevlə Sallivan arasında telefon danışığı olub

Patruşevlə Sallivan arasında telefon danışığı olub
  17 Noyabr 2021    Oxunub:659
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Nikolay Patruşev və Ceyk Sallivan Rusiya-Amerika münasibətlərinin atmosferinin yaxşılaşdırılması və iki ölkə arasında etimadın artırılması üçün birgə işləmək barədə razılığa gəliblər”, - açıqlamada deyilir.

Qeyd olunub ki, Patruşev və Sallivanın söhbəti konstruktiv keçib. Bu müzakirələr iki ölkə arasında ən yüksək səviyyədə gözlənıiən təmasların hazırlanması çərçivəsində baş tutub.

Xatırladaq ki, bu il ərzində prezidentlər Vladimir Putin və Co Baydenin növbəti görüşü gözlənilir.

AzVision.az



Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti