Müxalifət lideri gələn həftə Çexiyanın baş naziri təyin ediləcək

Müxalifət lideri gələn həftə Çexiyanın baş naziri təyin ediləcək
  17 Noyabr 2021    Oxunub:1153
Çexiya prezidenti Miloş Zeman noyabrın 26-da sağ-liberal Vətəndaş Demokratik Partiyasının sədri Petr Fialanı respublikanın baş naziri təyin edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Fiala dövlət başçısı ilə Praqadakı Mərkəzi Hərbi hospitalda baş tutan görüşdən sonra jurnalistlərə deyib.

"Cənab prezident cümə günü, noyabrın 26-da məni Çexiyanın baş naziri təyin edəcək. Mərasim dövlət başçısının iqamətgahında - Praqa yaxınlığındakı Lana sarayında keçiriləcək", - o bildirib.

Növbəti 10 gün ərzində isə Zeman nazir postlarına namizədlərlə görüşlər keçirmək niyyətindədir, onların siyahısı artıq təqdim edilib. Fialanın sözlərinə görə, dövlət başçısı noyabrın 26-dək xəstəxanadan evə buraxılacaq.

Qeyd edək ki, Çexiyada 8-9 oktyabr 2021-ci ildə keçirilən parlament seçkilərinin qalibi üç liberal qüvvəni - Vətəndaş Demokratik Partiyası (CDP), Xristian Demokrat Hərəkatı və “TOP 09” hərəkatını birləşdirən “Birgə” koalisiyası olub.

AzVision.az



Teqlər: Çexiya  



Xəbər lenti