Braziliyalı senator parlamentdə azad edilən ərazilərdən danışıb

Braziliyalı senator parlamentdə azad edilən ərazilərdən danışıb
  17 Noyabr 2021    Oxunub:1090
Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri, senator Antonio Anastasiya Braziliyanın Federal Senatında iclasında bir həftə öncə ölkəmizə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Azərbaycanın Braziliyadakı səfirliyindən AzVision.az - a verilən məlumata görə, senator əvvəlcə Azərbaycana səfəri barədə məlumat verib, ölkəmizin işğaldan azad edilmiş torpaqlarında Braziliyanın kənd təsərrüfatı sahələrində əməkdaşlıq vasitəsilə bərpa və yenidənqurma işlərində iştirak imkanlarından danışıb.

O, qeyd edib ki, Ermənistanla uzun sürən münaqişədən sonra Qarabağ yenidən Azərbaycana qayıdıb.

“Beləliklə, mən bu istinadı etmək istəyirəm, çünki Braziliya bu sahələrdə əməkdaşlığa dəstək vermək niyyətindədir və sülh prosesinin möhkəmlənməsi üçün imkanlar da var. Əslində, Braziliyanın həmin regionda daha artıq geosiyasi mövqeyə malik olması, şirkətlərimizə və universitetlərimizə əməkdaşlıq üçün yeni imkanlar açır. Paytaxt Bakıda hakimiyyət orqanları ilə, o cümlədən Azərbaycan Respublikasının xarici işlər naziri ilə söhbət zamanı həmin ərazilərin bərpası və yenidən qurulması, müxtəlif əməkdaşlıqlar üçün imkanların açılması, xüsusən də bu sahədə əməkdaşlıq niyyəti çox aydın idi”, - senator həmkarlarına müraciətlə deyib.

Antonio Anastasiyanın sözlərinə görə, Braziliya 1990-cı illərdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən, Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli cəhdlərində iştirak edib.

Senator onu da bildirib ki, Azərbaycana səfər həmin ölkə hökumətinin dəvəti əsasında baş verib və səfər zamanı azad olunmuş ərazilərdə (Ağdam) və Gəncədə olub.

Onun çıxışı həm Senatın radiosunda, həm də televiziyasında yayımlanıb.

AzVision.az



Teqlər: Braziliya   Azərbaycan  





Xəbər lenti