Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişafı müzakirə olunub

Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişafı müzakirə olunub
  17 Noyabr 2021    Oxunub:731
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin xarici işlər katibi Soheyl Mahmud ilə görüşüb.
Bu barədə AzVision.az - a səfirlikdən məlumat verilib.

Ş. Mahmud əvvəlcə səfir Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulayıb. Xarici işlər katibi Azərbaycan və Pakistan arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, Azərbaycan hökumətini və xalqını Zəfər Günü münasibətilə təbrik edib. O, Pakistanın Ermənistanı dövlət kimi tanımadığını diqqətə çatdıraraq, bu ölkənin qardaş Azərbaycanla hər zaman həmrəylik nümayiş etdirdiyini bildirib. Soheyl Mahmud Kəşmir məsələsində mövqeyinə görə Azərbaycan hökumətinə təşəkkürünü çatdırıb.

X. Fərhadov öz növbəsində səmimi qəbula və təbrikə görə təşəkkürünü ifadə edib, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən söhbət açıb. Pakistanın Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi qeyd edən səfir Pakistan hökumətinə və xalqına öz təşəkkürünü bildirib.

Görüşdə səfir, həmçinin bütün sahələr üzrə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində son aylar ərzində atılan addımlar müzakirə olunub.

AzVision.az


Teqlər: Azərbaycan   Pakistan  





Xəbər lenti