Xaçmazda 17 yaşlı oğlan iki aydır itkin düşüb - FOTO

Xaçmazda 17 yaşlı oğlan iki aydır itkin düşüb -    FOTO
  18 Noyabr 2021    Oxunub:1261
Xaçmaz sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman gödəkçəsi və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

AzVision.az


Teqlər: Xaçmaz  





Xəbər lenti