Ermənstanda daha 30 nəfər virusdan ölüb

Ermənstanda daha 30 nəfər virusdan ölüb
  18 Noyabr 2021    Oxunub:1114
Ermənistanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1019 yeni yoluxma faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, COVID-19-a yoluxanların ümumi sayı 331 914 nəfərə yüksəlib. Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 30 nəfər ölüb. Bununla da ölənlərin sayı 7183-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1397 nəfərdir. Aktiv xəstələrin sayı 23 381 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti