Kursantın intiharı ilə bağlı cinayət işi başlanıb

Kursantın intiharı ilə bağlı cinayət işi başlanıb
  18 Noyabr 2021    Oxunub:1018
Baş Prokurorluq Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantının intihar etməsi ilə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə mətbuatın sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: “DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun noyabrın 17-də intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır”.

AzVision.az


Teqlər: Bş-prokurorluq  





Xəbər lenti