Rusiyada virusdan ölənlərin sayı 260 mini keçib

Rusiyada virusdan ölənlərin sayı 260 mini keçib
  18 Noyabr 2021    Oxunub:576
Rusiyada son sutka ərzində daha 37 374 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 9 219 912 nəfərə çatıb.

Ötən gün Rusiyada 1251 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 260 335 nəfərə çatıb. İndiyədək 7 919 250 xəstə sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti