ATƏT sədri Rusiyaya səfər edəcək

ATƏT sədri Rusiyaya səfər edəcək
  18 Noyabr 2021    Oxunub:650
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde noyabrın 18-19-da Moskvada səfərdə olacaq.
AzVision.az ATƏT-in saytına istinadən xəbər verir ki, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər yüksək səviyyəli rəsmilərlə görüşlər keçirəcək.

Lavrovla noyabrın 19-da keçiriləcək görüşdə təşkilatla Rusiya arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən ATƏT regionunda təhlükəsizlik çağırışları müzakirə olunacaq.

Xanım sədr Rusiyada vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək. Onu Ukraynadakı və Üçtərəfli Əlaqə Qrupundakı xüsusi nümayəndəsi, səfir Mikko Kinnunen müşayiət edəcək.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ATƏT   Rusiya  





Xəbər lenti