Xızıda naməlum kişi meyiti tapılıb - FOTO

Xızıda naməlum kişi meyiti tapılıb -    FOTO
  18 Noyabr 2021    Oxunub:1600
Xızı rayonu Yeni Yaşma kəndi ərazisində 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a bildirilib ki, aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

"Qeyd edək ki, bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinin 023-31-50-131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir", - Mətbuat Xidmətindən bildirilib.



AzVision.az


Teqlər: Xızı  





Xəbər lenti