Peskov rusların Əfqanıstandan çıxarılmasından danışıb

Peskov rusların Əfqanıstandan çıxarılmasından danışıb
  18 Noyabr 2021    Oxunub:756
Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Əfqanıstandakı mövcud vəziyyətlə əlaqədar olaraq bu ölkədən ruslar və bir sıra digər ölkələrin vətəndaşları təxliyə edilib.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, evakuasiya olunanlar arasında təkcə Rusiya deyil, bir sıra KTMT və digər ölkələrin vətəndaşları da var: "Əfqanıstanda vəziyyətin narahatlıq doğurduğu nəzərə alınaraq həmin insanlar təxliyyə edilib", - Peskov vurğulayıb.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Putinin göstərişi ilə Çkalovski aerodromundan 3 təyyarə 380-dən çox insanı Əfqanıstandan təxliyə etmək üçün yola düşüb.

Qeyd edək ki, avqustun 25-26-da 500 nəfərdən çox Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşları Əfqanıstandan təxliyə edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əfqanıstan   Rusiya  



Xəbər lenti