Sabah ilin sonuncu Ay tutulması olacaq

   Sabah ilin sonuncu Ay tutulması olacaq
  18 Noyabr 2021    Oxunub:1865
Sabah bu ilin sonuncu Ay tutulması hadisəsi baş verəcək.
Şamaxı Astrofizika Rəsədxanasından AzVision.az -a bildirilib ki, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək ki, bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq. Ümumlikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

AzVision.az


Teqlər: Ay  





Xəbər lenti