Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

   Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək
  18 Noyabr 2021    Oxunub:1240
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Moskvada ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde ilə təşkilatın Qarabağda vəziyyətin tənzimlənməsinə yardımını müzakirə edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Görüş zamanı, həmçinin ATƏT-in Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində vasitəçiliyi ilə bağlı məsələlərə toxunulması da nəzərdə tutulub.

Bundan başqa, tərəflər ATƏT-in üzv dövlətlər üçün ümumi problem olan transmilli təhdidlər, terrorçuluq, qanunsuz narkotik dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq, kibercinayətlər, insan alveri ilə mübarizədə rolunun artırılması məsələsini müzakirə edəcəklər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ATƏT   Qarabağ  



Xəbər lenti