Saakaşvili vəkillərlə görüş zamanı huşunu itirərək yıxılıb

Saakaşvili vəkillərlə görüş zamanı huşunu itirərək yıxılıb
  18 Noyabr 2021    Oxunub:869
“Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvili vəkilləri ilə görüş zamanı huşunu itirərək yıxılıb”.
AzVision.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili Beka Basilaya jurnalistlərə məlumat verib. O bildirib ki, görüşdən sonra Saakaşvili yuxarı mərtəbəyə qalxarkən huşunu itirərək yıxılıb, bir neçə dəqiqə sonra özünə gələrək gözlərini açıb, lakin heç bir söz deməyib.

Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, M.Saakaşvilinin sağlamlıq durumu sabitdir. Qeyd olunub ki, həkim-reanimatoloq tezliklə mətbuat üçün açıqlama ilə çıxış edəcək.

Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Qldani həbsxanasının klinikasına yerləşdirilib. M.Saakaşvili saxlanıldığı gündən artıq 49-cu gündür aclıq aksiyası keçirir.

AzVision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti