Polşa Belarusa ultimatum verdi

   Polşa Belarusa ultimatum verdi
  18 Noyabr 2021    Oxunub:1019
Polşa hakimiyyəti miqrantlarla bağlı vəziyyət sabitləşməsə, Kuznitsadakı dəmiryol keçid məntəqəsini bağlayacağını vəd edərək Belarusa ultimatum verib.

AzVision.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Polşa tərəfi bu il noyabrın 21-i bazar gününə qədər Kuznitsa sərhəd-keçid məntəqəsi yaxınlığında qanunsuz miqrantların qalması ilə bağlı vəziyyətin sabitləşməsini gözləyir:

"Əgər bu müraciətə cavab verilməsə, Polşa oradan keçən dəmir yolu hərəkətinin təhlükəsizliyindən ehtiyat edərək, Kuznitsa sərhəd-keçid məntəqəsindən qatarların hərəkətini dayandıracaq”.

Qeyd edək ki, Belarus-Polşa sərhədində vəziyyət gərgin olaraq qalır. Polşa hakimiyyətinin məlumatına görə, cümə axşamı gecəsi yüzə yaxın miqrant sərhədi keçməyə cəhd edərkən saxlanılıb.

AzVision.az


Teqlər: Polşa   Belarus  





Xəbər lenti