"Facebook" ermənilərin şikayətinə görə Korotçenkonun səhifəsini bağlayıb

   "Facebook" ermənilərin şikayətinə görə Korotçenkonun səhifəsini bağlayıb
  19 Noyabr 2021    Oxunub:936
Ermənilərin şikayətinə görə "Facebook" sosial şəbəkəsi Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkonun səhifəsini üç gün müddətinə bağlayıb.
AzVision.az xəbər verir ki, bu barədə hərbi ekspert öz "Telegram" kanalında yazıb.

"Niyə 30 il ərzində ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində hər şeyi dağıdıb və heç nə inşa etməyib?" sualıma görə "Facebook" mənim səhifəmi üç gün müddətinə bağlayıb", - Korotçenko yazıb.

AzVision.az



Teqlər: İqorKorotçenko  



Xəbər lenti