Pakistan hakimiyyəti islamçı təşkilatın liderini azad edib

Pakistan hakimiyyəti islamçı təşkilatın liderini azad edib
  19 Noyabr 2021    Oxunub:631
Pakistan hakimiyyəti “Tehrik-e-Labbeyk” radikal islam təşkilatının lideri Saad Huseyn Rizvini həbsdən azad edib.
AzVision.az xəbər verir ki, bu barədə “Doon” qəzeti məlumat yayıb.

Rizvi iğtişaşlar və anti-hökumət etirazlarına təhrik etdiyi üçün bu ilin aprel ayında həbs olunub.

Xatırladaq ki, təşkilat "Charlie Hebdo"da Məhəmməd peyğəmbərin karikaturalarının dərcindən sonra Fransa səfirinin ölkədən çıxarılmasını və Parislə ticarət əlaqələrini kəsməyi tələb edib. Hakimiyyətin imtinasından sonra isə TLP bu ilin oktyabr ayında hökumət əleyhinə etirazları bərpa edib.

Hakimiyyət onların tələblərinə 2021-ci ilin aprelində Pakistan parlamentində baxacağına söz versə də, vədinə əməl etməyib. Bundan sonra TLP lideri Rizvi tərəfdarlarını etiraza çağırıb və iğtişaşları qızışdırmaqda təqsirli bilinərək həbs edilib.

Oktyabr ayında TLP tərəfdarları Rizvinin azad edilməsi tələbi ilə Lahordan Pakistanın paytaxtı İslamabada yürüş ediblər. Etirazlar ölkədə ciddi gərginliyə səbəb olub. İslamçılarla polis arasında toqquşma zamanı 7 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, hər iki tərəfdən yaralananların sayı 250 nəfəri ötüb.

15 aprel 2021-ci ildə Pakistan hökuməti TLP-nin fəaliyyətini qadağan edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Pakistan  



Xəbər lenti