Saakaşvili ABŞ-dan dəstək istədi

Saakaşvili ABŞ-dan dəstək istədi
  19 Noyabr 2021    Oxunub:1469
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kömək üçün ABŞ hakimiyyətinə müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” siyasətçinin məktubuna istinadən məlumat yayıb.

“Əgər ABŞ məni müdafiə etməsə, bu, keçmiş SSRİ ərazisində bütün siyasətçilər və qərbyönümlü insanlar üçün dəhşətli siqnal olacaq", - Saakaşvili vəkilləri vasitəsilə göndərdiyi məktubda bildirib.

Həbsxanada zorakılığa məruz qaldığını deyən eks-prezident, həbsxanadan adi xəstəxanaya köçürülməsinə icazə vermədiyini vurğulayıb.

Xatırladaq ki, dünən axşam saatlarında vəkillərlə görüş zamanı Saakaşvili yıxılaraq huşunu itirib. Daha sonra həbsxana xəstəxanasının həkimi jurnalistlərə bildirib ki, keçmiş prezidentin vəziyyəti stabilləşib.

Həmin gün ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətini Saakaşviliyə qarşı ədalətli və ləyaqətlə davranmağa, keçmiş liderə məhkəmə iclaslarında iştirak etmək imkanı verməyə çağırıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Mixeil-Saakaşvili   ABŞ  





Xəbər lenti