Saakaşvili ölümcül xəstəlikdən əziyyət çəkir

Saakaşvili ölümcül xəstəlikdən əziyyət çəkir
  19 Noyabr 2021    Oxunub:1222
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili dərhal funksional işləyən və çoxprofilli klinikaya köçürülməlidir. Çünki o, ölümcül xəstəlikdən əziyyət çəkir.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Ombudsman Aparatının bəyanatında deyilir.

Qeyd olunub ki, sabiq prezidentin komaya düşmə ehtimalı yüksəkdir. 50 gün əvvəl aclıq aksiyası keçirən Saakaşvili huşunu itirdikdən sonra ötən gecə həbsxana klinikasının reanimasiya şöbəsinə köçürülüb.

Gürcüstan Ombudsmanı tərəfindən yaradılan mütəxəssislərdən ibarət qrup Saakaşvilini müayinə edib

Mütəxəssislərin fikrincə, Saakaşvilidə təkcə huşunu itirmə yox, qıcolmalar da olub.

"Belə bir mərhələdə beyində fokal proseslərin tam qiymətləndirilməsi üçün MR-venoqrafiya ilə birlikdə MRT müayinəsi lazımdır. Elektroensefaloqramma da tövsiyə olunur", - məlumatda deyilir.

Ombudsman Nino Lomjarianın sözlərinə görə, ekspertlər artıq həbsxana klinikasının baş həkiminə tövsiyələrin tam siyahısını təqdim ediblər.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Mixael-Saakşavili  





Xəbər lenti