Balakəndə ev yanıb

Balakəndə ev yanıb
  20 Noyabr 2021    Oxunub:685
Balakəndə fərdi yaşayış evi yanıb
AzVision.az xəbər verir ki, Şaban Osman oğlu Abdullayevə məxsus, ümumi sahəsi 120 kv/m olan 3 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər: FHN  





Xəbər lenti