Pentaqonun rəhbəri İranı Yaxın Şərq üçün əsas təhlükə adlandırıb

 Pentaqonun rəhbəri İranı Yaxın Şərq üçün əsas təhlükə adlandırıb
  20 Noyabr 2021    Oxunub:857
ABŞ-ın müdafiə naziri Lloyd Austin İranı Yaxın Şərq regionu üçün əsas təhlükələrdən biri adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə o, Bəhreynin paytaxtında keçirilən “Manama dialoqu” adlı konfransında çıxışı zamanı deyib.

“Qarşılaşdığımız ən mühüm problemlərdən dördünün adını çəkmək istərdim. Bu, pandemiya, iqlim dəyişikliyi, terrorizm və İrandır”, - Pentaqonun rəhbəri bildirib.

Austin vurğulayıb ki, ABŞ İranla nüvə sazişi ətrafında yaranmış problemi diplomatiya yolu ilə həll etməyə çalışır. Bununla belə, Birləşmiş Ştatlar öz təhlükəsizliyini təmin etmək üçün istənilən vasitədən istifadəyə hazırdır.

"İran rəhbərliyinin sabitliyi pozan hərəkətləri, o cümlədən terrorizmə, özünün təhlükəli ortaqlarına və nüvə proqramına dəstəyindən narahat olduğumu bildirmək istərdim. ABŞ İranın nüvə silahına malik olmasının qarşısını almağa sadiqdir. Biz bu problemin diplomatik yolla həllini istəyirik, lakin İran ciddi yanaşma ortaya qoymasa, ABŞ-ın təhlükəsizliyini qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik”, - Pentaqonun rəhbəri söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti