Virusa görə distant təhsilə keçən məktəblərin sayı bəlli oldu

   Virusa görə distant təhsilə keçən məktəblərin sayı bəlli oldu
  20 Noyabr 2021    Oxunub:1299
“Əgər məktəbdə 6-7 müəllim arasında yoluxma olarsa, onların tədris apardığı siniflər təhlil olunur. Müəllimlərin daha çox sinfə girdikləri, daha çox insanla ünsiyyətdə olduqları müəyyənləşdirilir".
AzVision.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə əsasən, qaydalara görə ünsiyyətdə olan şəxslər müvəqqəti karantinə alınırlar:

“Bu səbəbdən ayrı-ayrı siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-yə yaxın məktəbdə belə hal olub. Əsasən böyük şəhərlərdə olur. Çünki onlarda sıxlıq daha çox olur. Ümumilikdə Azərbaycanda 4 450-yə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-yə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.

AzVision.az



Teqlər: təhsil  





Xəbər lenti