"ABŞ Əfqanıstanda yeni hökumətlə danışmağa hələ hazır deyil"
"Əfqanıstanın gələcək hər hansı hökuməti ilə münasibətlərimizin necə inkişaf edəcəyini proqnozlaşdırmaq hələlik çətindir. Əlaqələrimiz qeyri-müəyyən olaraq qalır. Hazırda biz səylərimizi bu ölkəni tərk etmək istəyən vətəndaşlarımızın təxliyəsi üzərində cəmləşdiririk", - Austin söyləyib.
Eyni zamanda, Pentaqon rəhbəri vurğulayıb ki, Amerika hakimiyyəti Əfqanıstandakı qız və qadınların gələcəyi ilə bağlı hələ də ciddi narahatdır, lakin onlar qeyri-hökumət təşkilatları vasitəsilə əfqan xalqına yardım göstərməyə davam edəcəklər.
Qeyd edək ki, "Taliban" bu il avqustun 15-də Kabilə daxil olmaqla, Əfqanıstan üzərində nəzarəti ələ aldı. Sentyabrın 7-də isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqladı.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: ABŞ Əfqanıstan







Vaxtında, Aydın, Lazımlı!


