Masallıda evlərdən oğurluq edənlər tutuldu

Masallıda evlərdən oğurluq edənlər tutuldu
  20 Noyabr 2021    Oxunub:761
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yaşayış evlərindən oğurluq edən rayon sakinləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Masallı rayonunun Şıxlar kəndi ərazisindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində müxtəlif məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Əhəd Nurullayev saxlanılıb. Aparılan araşdırmalarla həmin şəxsin Şıxlar kəndindəki digər bir yaşayış evindən də 500 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri ilə daha bir oğurluq faktının üstü açılıb. Belə ki, Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən evlərdən birindən 400 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən rayon sakini Gümrah Şiriyev müəyyən edilərək saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti